Portuqaliyalı Elyanora (port. Leonor de Portugal) (18 sentyabr 1434 – 3 sentyabr 1467, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — Müqəddəs Roma imperatoru III Fridrixin xanımı, Portuqaliya infantası.
Portuqaliyalı Elyanora | |
---|---|
Əvvəlki | Seleli Barbara |
Sonrakı | Bianka Mariya Sforza |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 sentyabr 1434 |
Vəfat tarixi | 3 sentyabr 1467 (32 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri |
|
Atası | I Eduard |
Anası | Araqonlu Elyanora |
Həyat yoldaşı | III Fridrix |
Uşaqları |
Hersoq Kristofor I Maksimilyan Hersoqina Helena Hersoqina Kunigunde Hersoq Con |
Ailəsi | Avis sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Elyanora 1434-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Elyanoradır. Hələ 4 yaşında ikən atası vəfat etdi və qardaşı V Afonso adıyla taxta əyləşdi. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında Kastiliyaya qaçmağa məcbur oldu. Ancaq o əsnada 6 yaşlı Elyanora xəstə idi və anasıyla birlikdə gedə bilmədi.
Elyanoranın evliliyi bibisi olan Burqundiya hersoqinası Portuqaliyalı İzabella və dayısı olan Neapol kralı V Alfonso tərəfindən planlandı. Bu məqsədlə dayısı öz sarayından rəssamlar göndərərək qızın portretlərini hazırlatdı və namizədlərinə göndərdi. Elyanoranın 2 namizədi vardı: Fransa kralı VII Çarlzın vəliəhdi Lüdovik və Müqəddəs Roma imperatoru III Fridrix. Ancaq Elyanora ikinci təklifi qəbul etdi. Çünki bu evliliklə o, kraliça yox imperatriça olacaqdı. Gedən danışıqlar 1451-ci ildə tamamlandı və cütlük Sienada görüşdü. 16 mart 1452-ci ildə Romada baş tutan nigahın ardından tacqoyma mərasimində ona Helena adlı verilsə də, o, bu adı heç vaxt istifadə etmədi. Toy mərasiminə dayısı Neapol kralı V Alfonso ev sahibliyi etdi.
Ancaq Elyanora və Fridrix tamamilə fərqli xarakterə malik idi və bu səbəblə, heç xoşbəxt olmadılar. Portuqaliya sarayındakı zəngin və göstərişli həyatın ardından, xəsisliyi ilə məşhur olan Fridrixin Vyanadakı sakit sarayında çox sıxılan Elyanora saray və yerli xalq tərəfindən çox sevildi. 3 sentyabr 1467-ci ildə vəfat etdi.