Poyarkova xaçgülü

Senecio pojarkovae Schischk. (Pojarkovia stenocephala (Boiss.) Asker., Senecio stenocephalus Boiss.)

Poyarkova xaçgülü
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Hündürlüyü 80-200 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düz, şırımlı, yuxarı hissədə enli qalxanşəkilli süpürgəvari budaqlanmış demək olar ki, çılipaq çoxillik ot bitkidir. Dəstə halında olan bağşəkilli köklərin kökümsovu köndələndir.[1]

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları saplaqlıdır, bərkdir, ensizneştərvari və yaxud ensiz-xətvaridir, sivriləşmişdir, uzunluğu 14-26 sm, eni 2-5 sm-dir, kənarları eyni ölçüdə qısa və itidişlidir, aşağı yarpaqları qısa saplaqlıdır, qalanları oturaqdır, qaidə hissəsinə doğru tədricən daralandır, kökətrafı yarpaqları tez saralandır.[1]

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçək qrupunun oxu və səbətin saplağı bütünlüklə qısa tüklərlə örtülüdür. Səbətləri çoxsaylı, xırda, enli-qalxanşəkilli sıx süpürgədədir; səbətin saplağı çox nazikdir, uzunluğu səbətin uzunluğuna bərabərdir və ya ondan azacıq uzundur. Sarğı yarpağı ensiz slindik formadadır, uzunluğu 5 mm-ə yaxındır, çılpaqdır; onun daxili yarpaqcıqları 5 ədəddir, xətvari-kürəkşəkillidir, kənarları nazik pərdəvaridir, küt və ya sivritəhərdir, çılpaqdır.[1] Çiçəklər səbətdə adətən 5 ədəd, nadir halda 4- 6 ədəd olur. Dilcikşəkilli çiçəkləri yoxdur.[1]

Meyvə[redaktə | mənbəni redaktə et]

Toxumlarının uzunluğu 4 mm, uzunsov, tin-tindir, çılpaqdır; kəkili ağ rəngdədir, ipək kimidir, toxumdan iki dəfə uzundur.[1]

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

İyun-Avqust[1]

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

Avqust-Sentyabr[1]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ şərq, BQ qərb. Yuxarı dağ qurşağında.[1]

Yaşayış mühüti[redaktə | mənbəni redaktə et]

Meşə və talalarda, daşlı töküntü yerlərdə rast gəlinir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Həmçinin bax[redaktə | mənbəni redaktə et]