Praktik Ali Elmlər Məktəbi (fr. École pratique des hautes études, qıs. EPHE) — Parisdə qabaqcıl tədqiqatlar institutudur, lakin klassik mənada universitet deyil.[1]
EPHE 31 iyul 1868-ci ildə Fransanın Təhsil Naziri Victor Duruy fərmanı ilə yaradılmışdır və böyük ekollardan biridir. Əsas ideya tələbələri tədqiqat təcrübəsində iştirak etməklə tədqiqata hazırlamaq idi. Heç bir diplom tələb olunmayıb və verilməyib.[2]
Onun dinşünaslıq və tarix üzrə diplomları dünyanın ən yaxşılarındandır.
EPHE davamlı olaraq Asiya və İslamşünaslıq üzrə dünya səviyyəli mütəxəssisləri, o cümlədən investisiya bankirlərini, diplomatları və bu sahələrdə ixtisaslaşmış hərbi zabitləri hazırlayıb.[3]