Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Praktik cəhətdən dəyərli maddələr – zərif üzvi sintez üsulu ilə az miqdarda reaktivlərlə alınan mürəkkəb quruluşa malik, tətbiqə yönələn qiymətli birləşmələrə deyilir.
Zərif üzvi sintez sahəsində görülən işlərin son məqsədi müəyyən praktik tətbiqə malik, dəyərli xassələri olan maddələrin alınmasıdır. Təbii ki, o preparat praktiki cəhətdən tətbiq olunur ki, hal-hazırda bu məqsəd üçün buraxılan preparatdan öz effektivliyi, yeni xüsusiyyətləri, aşağı istehsal dəyəri ilə fərqlənsin. Belə yeni və effektiv maddələrin axtarışı çətindir və baha başa gəlir. Buna baxmayaraq ayrı-ayrı birləşmələr sinfi üzrə qanunauyğunluqlar aşkar edilmişdir, amma hələ də birləşmələrin quruluşunun xüsusiyyətləri ilə onların bu və ya digər fiziki və bioloji xassələri arasındakı qanunauyğunluqlar aşkara çıxarılmamışdır. Bu da zərif üzvi sintez sahəsində, optimal xassələrə malik olan yeni sinif və yeni tip maddələrin axtarışını çətinləşdirir.
Yeni effektiv maddələrin axtarışı əsasən empirik və ya yarımempirik yolla çoxlu miqdarda maddələrin aktivliyin müəyyən növünə, məsələn pestisid kimi təsiri və ya antikorroziya xassələrinin yoxlanılmasından ibarətdir. Məsələn, yeni effektiv pestisidi aşkara çıxarmaq üçün neçə min yeni birləşməni sınaqdan keçirmək lazım gəlir, yeni mikroba və virusa qarşı preparatların tapılması üçün minlərlə maddənin bu xassələri yoxlanılır. Buradan aydın olur ki, praktikada tətbiq oluna biləcək və yeni rəqabətə davam gətirə biləcək preparatın buraxılmasına nə qədər qüvvə və vəsait sərf olunur. Təqribi hesablamalara görə, yeni pestisidin axtarışı və istehsalının təşkili hal-hazırda bir neçə milyon dollara başa gəlir. Bunula əlaqədar olaraq maddələrin sınaqdan keçirilməsinin yaxşı təşkili xüsusi əhəmiyyətə malikdir. Bu halda sınaqdan keçirilən maddələrin az miqdarı tələb olunan, tez və dəqiq cavab alınan effektiv testlərin hazırlanması böyük əhəmiyyət kəsb edir.
Son illərdə bu çətin və mürəkkəb işin yerinə yetirilməsi üçün Elektron Hesabalama Maşınlarının (EHM) köməyindən istifadə olunur. İş ondadır ki, ayrı-ayrı sinif birləşmələr üçün, onların quruluşu ilə bu və ya digər xassələri arasında asılılığa dair çox sayda ədəbiyyatl toplanmışdır. Bu, birləşməni struktur elementlərinə ayıraraq və xassələr üzrə verilənləri maşının yaddaşına qoyaraq, EHM-ə maddənin lazımi xassələrini verə biləcək element strukturları və onların kombinasiyalarının seçilməsini həvalə etməyə imkan verir. Amma burada əsas çətinlik quruluş formullarının dilini maşın dilinə çevirməkdir.