Pranqli adası

Pranqli adası (est. Prangli, rus. Большой Врангель) — ada Estoniya ərazisində, Fin körfəzində yerləşir. Estoniyanın Xaryoma qəzası, Viymski volostuna daxildir.

Pranqli adası
est. Prangli
Ümumi məlumatlar
Sahəsi 6,2 km²
Hündür nöqtəsi 10 m
Əhalisi 100 nəfər (2011-ci il)
Yerləşməsi
59°34′50″ şm. e. 24°45′28″ ş. u.
Ölkə  Estoniya
Akvatoriya
Pranqli adası xəritədə
Pranqli adası
Pranqli adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viymsi yarımadasından 9 km şimal-şərqdə yerləşir. Adanın sahəsi 6,2 km², uzunluğu - 5,5 km, eni - 3,2 km-dir[1]. Materiklə əlaqə Leppneem kəndindəki liman vasitəsilə baş verir. Adada üç kənd var: Kelnase, İdaots və Lyaneotsa.

Pranqlidən cənub-şərqə 2,2 km məsafədə Eski və ya Kiçik Pranqli adası yerləşir. Bu adanın ərazisi 0.6 km²-dir. Adada heç bir sakin yoxdur. Şimaldan 6.3 km məsafədə, 0,05 km² sahəsi olan Keri adası yerləşir.

Pranqli adası dənizdən təxminən 3500 il əvvəl səthə çıxmağa başlamışdır. 1387-ci ildə Rango olaraq yazılı mənbələrdə qeyd edilmişdir. Adadakı Kallavere malikanəsinin balıq ovuna icazə verilməsi bildirilir. Mənbə adadan yaşayışın olub-olmadığını göstərmir. Yəqin ki ada 13 və ya 14-cü əsrdə isveçlilər tərəfindən məskunlaşdırılmışdır. Daha sonra adaya eston və fin balıqçıları və suiti ovçuları gəldi. İsveçlilər və digər sakinlər 17-ci əsrdə Estoniyada məskunlaşdılar. 1397-1549-cu illərdə ada Maardu malikanəsinə, sonra 1847-ci ilə qədər Halyava malikanəsinə aid idi. 1847-1899-cu illər arasında ada Tallinn tacirlərinə aid idi. 1848-ci ildə Finlandiyanın Sipoo şəhərindən gətirilmiş taxtalardan tikilmiş Lavrentiya Kilsəsi açılır. 1934-cü ildə adada 469 nəfər yaşayırdı. İkinci Dünya müharibəsiində ada Estoniya ilə birlikdə Sovet İttifaqı tərəfindən işğal edildi. 1949-cu ildə adada Nur-Kaardivyag kolxozu təşkil olundu, 1961-ci ildə S. Kirov kolxozu ilə birləşdirildi. 1994-cü ildə adada 146 nəfər yaşayırdı. Bu gün adada 135 nəfər qeydiyyata alınsa da, 100-dən az daimi sakini var.

Adada yüzə yaxın daimi sakin yaşayır. Pranqlinin məktəb binası, xalq evi, mağaza, tibb məntəqəsi, poçt, kitabxana və restoranı var.

Ada əhalisinin əsas qazanc mənbələri balıqçılıq və turizmdir[2].

  1. "Kelnase küla". eestigiid.ee. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  2. "Pranqli adası — Eesti Maaturism". 2014-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-09.