Preşern günü (sloven. Prešernov dan) və ya Sloveniya Mədəniyyət bayramı (sloven. Prešernov dan, slovenski kulturni praznik) — fevral ayının 8-də qeyd olunan Sloveniya dövlət bayramı.[1] Bayram böyük Sloveniya şairi Franse Preşernin 8 fevral 1849-cu ildəki vəfatının ildönümündə keçirilir. Bayram 1945-ci ildə slovenlərin milli şüurlarının artdığı vaxtda təqdim olunmuşdur.[2] 1991-ci ildə 8 fevral istirahət günü elan edildi.[3] Fevral ayının 7-də bayram ərəfəsində mədəniyyət və incəsənət sahəsində mühüm nailiyyətlərə görə Preşern mükafatı mərasimi keçirilir.[4]
Preşern günü sloven. Prešernov dan | |
---|---|
Ölkə | |
Növ | Dövlət bayramı |
Tarix | 8 fevral |
Vikianbarda əlaqəli mediafayllar |
8 fevral İkinci Dünya Müharibəsi dövründə əlamətdar tarixə çevrilməyə başlamışdır, belə ki o vaxtlar 7 fevral Ümumslavyn Birliyi Günü kimi qeyd olunurdu.[5] 8 fevralın Sloveniya mədəniyyət bayramı elan olunması təklifini, Sloveniya Azadlıq Cəbhəsinin mədəniyyət işçisi Boqomil Gerlants tərəfindən 1945-ci ilin yanvar ayında Çrnomel şəhərində irəli sürülmüşdür.[6] Sloveniya Milli Azadlıq Şurası Rəyasət Heyətinin 1 fevral 1945-ci il qərarı ilə 8 fevral Mədəniyyət bayramı elan olundu.[2] Bayram YSFR dövründə də Sloveniya Sosialist Respublikasında dövlət bayramı hesab olunurdu, eyni zamanda Karintiya (Avstriya) və İtaliyada sloven icmaları tərəfindən də qeyd olundu.