Preformizm

Jan Swammerdam, Miraculum naturae sive uteri muliebris fabrica, 1729

Preformizm — orqanizmlərin cinsiyyət hüceyrələrində rüşeymin inkişafını və ondan əmələ gələn orqanizmin əlamətlərini qabaqcadan müəyyən edən maddi strukturların olması haqqında təlim. 19 əsrin ikinci yarısında mayalanma və hüceyrə bölünməsi (mitozun) proseslərinin, həmçinin inkişaf mexanikasının öyrənilməsi preformizmin mahiyyətinin aydınlaşdırılmasına imkan verdi və orqanizm hissələrinin tamamilə yenidən törənməsi barədəki təlimin əsassız, qeyri-qənaətbəxş olduğunu aydın sübut etdi.[1]

  1. Преформизм // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 11.