Pretoriya — Cənubi Afrika Respublikasının paytaxtı, Qautenq vilayətinin inzibati mərkəzidir. Ölkənin şimal-şərqində, Apis çayının sahilində yerləşir. Afrikanın ən müasir şəhərlərindən,CAR-ın üç paytaxtından biridir. Pretoriya - icra hakimiyyəti mərkəzlərinin, Keyptaun - qanunverici hakimiyyətin, Blumfonteyn - məhkəmə hakimiyyətinin yerləşdiyi şəhərlərdir.
İcra paytaxtı | |||||
Pretoriya | |||||
---|---|---|---|---|---|
Pretoria | |||||
|
|||||
25°44′47″ c. e. 28°11′17″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 16 noyabr 1855 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 1.339 ± 0 m, 1.332 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +27 12 | ||||
Poçt indeksi | 0001 • 0002[2][3] | ||||
Digər | |||||
tshwane.gov.za | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Pretoriya Svan şəhər dairəsinə daxildir, ona görə də özü bir çox hallarda Svan, Tsvan, Tşvan adlandırılır. Şəhərin ad məsələsi indi də müzakirə mövzusudur. Şəhər ilk dövrdə "Pretoriya Filadelfiya" («Pretoriya qardaş məhəbbəti») adlanırdı[4].
Şəhər 1855-ci ildə Martinus Pretorius, bur köçkünlərinin baş komandanı Andris Pretoriusun oğlu tərəfindən salınıb və onun şərəfinə adlandırılıb. 1860-cı ildə Pretoriya bur Transvaal Respublikasının paytaxtı olur. (1899—1902) Ingilis-bur müharibəsindən sonra İngiltərə Transvaalı işğal edir və Pretoriya İngiltərə protektoratının mərkəzi olur. 1910-cu ildən sonra Pretoriya Böyük Britaniya tərkibində Cənubi Afrika İttifaqı dominionunun paytaxtı elan edilir. 1961-ci ildə şəhər elan edilən Pretoriya Cənubi Afrika Respublikasının paytaxtı olur.
Pretoriya - müasir böyük şəhərdir. Şəhərdə hündür binalar, parklar, fontanlar vardır. Bununla belə şəhər ətrafında çox sayda kasıb evlər yerləşir.
Pretoriya Cənubi Afrika Respublikasının əsas iqtisadi, elmi və mədəni mərkəzidir. Şəhərin müasir kommunikasiya sistemi, avtomobil və dəmir yol şəbəkəsi,beynəlxalq əhəmiyyətli aeroportu vardır.