Pristav — nəzarətçi vəzifəli şəxs. XVIII əsrədək Rusiyada cavabdehləri və şahidləri məhkəməyə çağırmaq vəzifəsi də pristava tapşırılmışdı. 1864-cü il məhkəmə islahatı ilə məhkəmə pristavı vəzifəsi təsis edilmişdi. Polis pristavı və xüsusi pristav vəzifələri də var idi. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra Azərbaycanda da pristav vəzifəsi mövcud idi.