Prizren Universiteti

Prizren Universiteti — Kosovanın Prizren şəhərində yerləşən dövlət universiteti.[Q 1] İlk öncə 1962-ci ildə Ali Pedaqoji İnstitutu olaraq yaradıldı. 2010-cu ildə mövcud ad altında yenidən təşkil edildi.

Prizren Universiteti
Universiteti i Prizrenit "Ukshin Hoti"
Xəritə
42°12′22″ şm. e. 20°43′33″ ş. u.
Əsası qoyulub 1962
Yenidən təşkil olunub 2010
Tələbə sayı 10000-ə yaxın
Müəllim sayı 197
Şəhər Prizren
Ölkə
Sayt uni-pz.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prizren Universiteti 1962-ci ildə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutundan yaradıldı. Universitetdə mövcud təhsil forması 2010-cu ildə başladı. Prizren Universiteti Prizren dairəsi və Kosova Respublikasına xidmət göstərir. Universitetdə dərslər əsasən alban dilində tədris olunur, Təhsil Fakültəsində isə Bosniya və Türkiyə dilləri üzrə dərslər keçirilir.

  • İqtisadiyyat fakültəsi
    • Biznesin idarə edilməsi
    • Beynəlxalq idarəetmə
    • Hüquq fakültəsi
    • Hüquqşünaslıq
  • Kompüter Elmləri Fakültəsi[1]
    • Proqram təminatının inkişafı
    • İnformasiya texnologiyası
    • Təhsil Fakültəsi
    • İbtidai sinif kurikulumu
    • Məktəbəqədər təhsil proqramı
  • Filologiya fakültəsi[2]
    • Alban dili və ədəbiyyatı
    • İngilis dili və ədəbiyyatı
    • Alman dili və ədəbiyyatı
    • Türk dili və ədəbiyyatı
  • Təbiət və Ətraf Elmləri Fakültəsi
    • Aqrar-sənaye kompleksi
    • Meşə və ekologiya
  1. Kosovo ərazisi Kosovo Respublikası ilə Serbiya Respublikası arasında ərazi mübahisəsi mövzusudur. Kosovo Respublikası birtərəfli qaydada müstəqilliyini 17 fevral 2008-ci ildə elan etdi, lakin Serbiya onu öz suveren ərazisinin bir hissəsi kimi iddia etməyə davam edir. İki hökumət 2013-cü ildə Brüssel Sazişinin bir hissəsi olaraq münasibətləri normallaşdırmağa başladılar. Kosovo hazırda Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 97-si tərəfindən müstəqil dövlət kimi tanınır. Ümumilikdə, BMT-yə üzv olan 112 dövlət Kosovanı həmən tanıdı, onlardan 15-i sonradan ölkəni tanıdılar.
  1. "Faculty of Computer Science" (alban). October 26, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 13, 2018.
  2. "Faculty of Philology". June 13, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 13, 2018.