Prjin müqaviləsi

Prjin müqaviləsi (mak. Пржински договор) — Avropa İttifaqının vasitəçiliyi ilə Makedoniya Respublikasının əsas siyasi partiyaları arasında imzalanma prosesi 2015-ci il iyunun 2-dən iyulun 15-dək baş tutan saziş. Müqavilə 2015-ci ilin birinci yarısında siyasi və institusional böhrana son qoyur. Razılaşma nəticəsində Makedoniya Sosial Demokrat İttifaqı öz xalqını Makedoniya hökumətində təmsil etmək hüququ əldə edib, 2016-cı ilin yanvarında dövlət qulluqçularının telefon danışıqları dinlənildikdən sonra sübuta yetirilən cinayətlərin araşdırılması nəticəsində baş nazir Nikola Qruevskinin istefası və Makedoniyada növbədənkənar seçkilərin keçirilməsinə nail olunub[1].

Öncəki vəziyyət[redaktə | mənbəni redaktə et]

2015-ci ilin mayında Skopyedə baş nazir Nikola Qruevski və onun hökumətinə qarşı etirazlar başlayır. Etirazlar müxalifət lideri Zoran Zayevin 20 mindən çox Makedoniyalı dövlət qulluqçusuna və şəxsən Nikola Qruevskoqona[2] çirkin olduğunu deyərək gənc oğlanın qətli ilə bağlı işin üstü açılandan sonra başlayıb. 2011-ci il mayın 5-də iğtişaşlar başyır. Mayın 12-də daxili işlər naziri Yordana Yankuloska və nəqliyyat naziri Mile Yanakiyeski Təhlükəsizlik və Əks-kəşfiyyat İdarəsinin sədri Saşo Mijalkovla birlikdə bir sıra dövlət cinayətlərində iştirakları ilə bağlı materiallar dərc edildikdən sonra istefa verirlər[3].

İcra[redaktə | mənbəni redaktə et]

Przina sazişinin həyata keçirilməsinə Sosial Demokrat İttifaqının VMRO-DMPNE partiyasını icranı gecikdirməkdə ittiham etməsi mane olub. Katitsa Yanevanın xüsusi prokuror təyin edilməsi sıçrayış kimi qiymətləndirilsə də, onun komandasına IMRO partiyasının üzvlərinin daxil olması təəccüb doğurub. 14 oktyabr 2015-ci ildə Zoran Zayev Prokurorlar Şurasının Yanevanın təklif etdiyi namizədlərin yarısını rədd etdiyinə görə müqavilənin artıq qüvvədə olmadığını elan etdi.[4]

Noyabrın 4-də başqa namizədlər seçilir və Yanevanın işçi komandası formalaşır[5]. Həmin gün keçid hökumətdəki nazirlər və onların müavinləri ilə bağlı razılıqlar əldə olunur. Razılaşmada Qruevskinin 2016-cı ilin yanvarında işdən çıxarılması nəzərdə tutulurdu və bu yanvarın 14-də həyata keçirilir. Yanvarın 17-də Emil Dimitriyev baş nazir vəzifəsinə seçilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "EurActiv". 2016-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-27.
  2. Полиция не спешит разгонять "македонский майдан" Arxivləşdirilib 2016-02-06 at the Wayback Machine  (rus.)
  3. Ministers Quit as Macedonia's Turmoil Deepens Arxivləşdirilib 2017-05-05 at the Wayback Machine, Balkan Insight, 13 May 2015.
  4. "Prizma Birn". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
  5. "Архивированная копия". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.