Profanasiya

Profanasiya (lat. profanatio, hərf.ziyarətgahın murdarlanması) — bir şeyi təhrif etmək, vulqarlaşdırmaq.[1] Profanasiyanın ən parlaq nümunələrindən biri Polşada reformasiya zamanı baş vermiş lüterankalvinist inancın sekulyar zadəganları tərəfindən kilsə torpaqlarının və əmlakının kortəbii şəkildə ələ keçirilməsi prosesidir.[2]

Harunun övladları AvihuNadav özünəməxsus profanasiya etmişdir. Onlar tanrının buxur yandırmaqla bağlı (müxtəlif mənbələrə görə, sadəcə tənbəllik və ya şəraba aludəçilik səbəbilə) əmrini pozmuş və qurbangahdan götürülmüş oddan deyil, adi oddan istifadə etmişdilər. Nəticədə, onlar dərhal "Rəbbdən enən od" tərəfindən məhv edilmişdilər.[3]

  1. Profanasiya // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  2. Кареев И. И. «Очерк истории реформационного движения и католической реакции в Польше», Москва, 1886.
  3. Фимиам // Библейская энциклопедия архимандрита Никифора. — М., 1891—1892.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]