Proletarski rayonu (rus. Пролетарский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1929-cu ildə təsis edilən rayon. Rayon Naxçıvan-na-Donu, Aleksandrovskaya, Berberovski ərazilərinin birləşdirilməsi nəticəsində meydana gəlmişir.
Rayon | |
Proletarski | |
---|---|
Пролетарский район | |
47°14′ şm. e. 39°47′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1929 |
Sahəsi | 37,1 km² |
Əhalisi | |
Əhalisi | 119 679[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 863 |
Poçt indeksi | 344037, 344072, 344111, 344019 |
Rəsmi sayt | |
14 noyabr 1779-cu ildə II Yekatterinanın əmri ilə Krımdan köçmüş erməniləri Müqəddəs Dimitri Rostovski qalası yaxınlığında şəhər salınmasına göstəriş verir. Krım xanlığından köçmüş xristianlar Don çayının aşağı axarlarında Nor-Naxçıvan şəhərini salırlar.
1782-cü ildə Nor-Naxçıvan şəhərində 4 min insan yaşayırdı. 1828-ci ilin fevralında şəhər rəsmi olaraq Rusiya imperiyasına daxildir. Şəhər rəsmi «Naxçıvan-na-Donu» olaraq adlandırılır. Burada şəhər ticarəti inkişaf edir. 1825-ci ildə şəhərdə 33 fabrik vardı.
Rostov şəhəri ilə Naxçıxan-na-Donu şəhəri arasında sərhəd gedikcə bilinmirdi. XX əsrin 20-ci illərində Donun paytaxtı olan Rostovda 350-min nəfər yaşayırdı. 28 dekabr 1928-ci ildə iki şəhər burləşdirilərək Rostov-na-Donu olaraq adlandırılır. 1929-cu ildə Naxçıvan-na-Donu şəhərinin ərazisində Rostov-na-Donu şəhərinin ən böyük rayonu olan Proletarnı rayonu təşkil edir.
Naxçıvan-na-Donu şəhərinin təsərrüfatı Proletarnski rayonuna dövr edilmişdir. Burada minlərlə irili-xırdalı təsərrüfat sahələri fəaliyyət göstərir. Təsərrüfat sahələrinin böyük əksəriyyətini xırda biznes, otuz ikisi isə iri biznes təsərrüfatlarıdır. Burada işçilər daimi və stabil işlərlə təmin olunurlar.
Rayonda fəaliyyət göstərən şirkətlər: «Rastovqazoaparat», «Empils», «Kolfa», «Rodtov un zavodu», «Don konditer fabriki», «Rostov oyuncaqları», «Krasnı Aksay», «Rostşamkonbinat». Şəhərin kommunal infrastruktur təşkilatları: Sukanal, Şəhərelektrikşəbəkısi, Şəhərqaz, Elektro əlaqə.
Rayon ərazisində ümumilikdə 150 tarixi tikili vardır. Onların böyük əksəriyyəti modern, borokko və klassizm stilində inşa edilmişdir.
Proletarski rayonunda yerləşən tarixi abidələr: Yeqor Krasilnikovun binası, Naxçıvan Şəhər Teatrı, Qayrabetovların binası, Luseqev Popovun bunası. M. Qorki adına Rostov Akademik Dram teatrı[2], Saqirov villası, Keçekyan villası.