Propaganda Games — Kanadanın Britaniya Kolumbiyasındakı Vankuver şəhərində 2005-ci ildə "Buena Vista Games" (indiki "Disney Interactive Studios") tərəfindən təsis edilən və videooyunlarının istehsalında ixtisaslaşan studiya. "Propaganda Games" 2011-ci ildə, "Tron: Evolution"un istehsalı zamanı bağlanmışdır.
Propaganda Games | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | "Disney Interactive Studios"un filialı |
Sənaye | Kompüter oyunları sənayesi |
Məhsulu | Videooyunlar |
Təsis tarixi | 2005 ) |
Bağlanma tarixi | 2011 ) |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | "The Walt Disney Company" |
propagandagames.com |
"Propaganda Games" studiyası "Buena Vista Games" şirkəti və "EA Canada"nın keçmiş işçiləri tərəfindən 2005-ci ilin aprel ayında yaradılmışdır.[1] Onlar 2005-ci ilin may ayında "Turok" personajının lisenziyasını almış[2] və 3 il sonra, 2008-ci ildə personaj barədə bir videooyun satışa çıxarmışdır. "Turok 2" adlı bir sikvel istehsal prosesində idi, ancaq ağır restrukturizasiya proqramının nəticəsində layihə dayandırılmışdır.
Studiya "Tron: Evolution"un istehsalı bitdikdən və "Armada of the Damned" adlı bir "Karib dənizinin quldurları" mözvulu layihə ləğv olunduqdan sonra,[3] 2011-ci ilin yanvar ayında "Disney" tərəfindən bağlamışdır.[4]
Buraxılış tarixi | Ad(lar) | Janr(lar) | Platforma(lar) |
---|---|---|---|
2008 | Turok | Birinci-şəxs atıcı | Microsoft Windows, PlayStation 3, Xbox 360 |
2010 | Tron: Evolution | Döyüş-macəra | Microsoft Windows, PlayStation 3, Xbox 360 |
Ləğv edilib | Pirates of the Caribbean: Armada of the Damned | Döyüş Rol videooyunu Macəra |
Microsoft Windows, PlayStation 3, Xbox 360 |
Ləğv edilib | Turok 2 | Birinci şəxs atıcı |