Proprioseiopsis penurisetus

Şuşanın tarixi. 1693-cü ildə Qarabağın kübar bir ailəsində bir oğlan uşağı doğuldu. Onun adını Pənahəli bəy Cavanşir qoydular. Bu oğlan böyüyüb bir neçə onillikdə cəsur döyüşçü və müdrik siyasətçi kimi tanınacaq, Qarabağın ilk xanı olacaq və 1750-ci ildə Șușa şəhərinin ürəyinə çevrilən bir qala tikdirməyə başlayacaqdı. Qala üçün yer təsadüfən seçilməmisdi-hundur əlçatmaz qayalar Șușani düşmənlərdən etibarlı şəkildə qoruyurdu. Penahəli xan Șușa qalasını tikdirmək üçün Azərbaycanin hər yerindən ən yaxşı memar və sənətkarlari dəvət etmişdi. Bir neçə il uca qayanın üstündə xan sarayları, evləri, karvansaralari, hamamlari, məscidləri olan bütöv bir şəhər yarandı. Qaladan biraz aralıda isə möhtəşəm xan bağı salındı. Qarabag xanlığının paytaxtı olan gözəl Şuşanın tarixi belə başlamışdı