Proteus anguinus

Proteus anguinus – eyni zamanda Avropa proteyası, proteya adlanan suda-quruda yaşayan quyruqlu. Bu ilan bənzəri amfibiya növü torpaq altında qalmış su kanallarında yaşayır və tamamilə kordur.

Proteus anguinus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Proteus anguinus
Beynəlxalq elmi adı

Proteus anguinus orta hesabla 20–30 santimetr uzunluqdadır. Təkamül müddəti ərzində heç bir işə yaramayacaq qədər korlaşmış, asanca qırılan üzvlərə (qollara və qıçlara) malikdir. Qollarının ucunda üç ədəd, daha da korlaşmış olan qıçlarının ucunda isə iki ədəd barmaq olur. Növün həm balıqlar kimi qəlsəmə yarıqları var, həm də yer sürünənləri kimi ağciyərlərə sahibdirlər. Lakin ağciyərlər çox nadir istifadə edilir, daha çox qəlsəmə yarıqlarına müraciət edilir. Gözlərinin üstü qalın bir dəri təbəqəsi ilə örtülüdür. Bu təbəqənin altında gözlərə çatmaq mümkündür, lakin bu gözlər fəaliyyət göstərmir. Bu da, təkamül müddəti ərzindəki korlaşmanın ən canlı nümunələrindən biridir. Bu gözlər yalnız işığın varlıq-yoxluq vəziyyətinə reaksiya verə bilir, görmə funksiyasını qətiyyən yerinə yetirmir (halbuki tam inkişaf etmiş bir göz quruluşu var).

Yaşadığı ərazilər

[redaktə | mənbəni redaktə et]

Əsasən İtaliya, Sloveniya, Bosniya və Herseqovina və Xorvatiyada yaşayırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]