Proteza — Azərbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, söz daxilində saitlər, sözün başında və sonunda isə samitlər yanaşı gəlməz. Buna görə də qrammatik dəyişmədə və alınma sözlərdə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri bitişdirmək üçün müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır.
Səsartımı hadisəsi məqamına və vasitəsinə görə 2 cür formalaşır:
Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmək üçün vasitəçi halında saitlər arasına müəyyən samit əlavə olunur. Samitartımı iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən.
Yazıda sabitləşən samitartımı əsasən saitlə bitən sözə saitlə başlanan şəkilçinin bitişdirilməsi üçün istifadə olunan səsartımıdır. Yazıda sabitləşmiş samitartımı qanununun formalaşmasında, əsasən, üç bitişdirici samitdən istifadə olunur.
N:aşağıdakı məqamlarda işlənir:
1)Saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri bitişdiriləndə: ata-n-ı, ata-n-ın, güzgü-n-ü, güz-gü-n-ün və s.
2)Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə: onun qardaşı-n-a onun qardaşı-n-ı və s.
3)Bu, o əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: bu-n-a, o-n-a, bu-n-dan, o-n-da və s.
S:Bitişdirici s saitlə bitən sözlərə üçüncü şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi bitişdirildikdə işlənir: onun baba-s-ı, evin qapı-s-ı və s.
Y:Saitlə bitən sözə saitlə başlanan şəkilçi bitişdirildikdə işlənir. Məsələn, ana-y-a, din-lə-yər və s.
Müasir Azərbaycan ədəbi dilində bir sıra alınma sözlər var ki, tələffüzdə saitlər arasına heç bir samit artırılmır: müasir, müavin, müalicə, müəllim və s.
Saitartımı. Bir sıra alınma sözlərin başındakı, ya da sonundakı samitin əvvəlinə müəyyən bir saitin əlavə edilməsi saitartımı adlanır. Saitartımı daha çox şivələrdə, canlı danışıqda işlənir. 1)Yanaşı samitlər kardırsa,sözün başında sadə danışıqda və şivələrdə i artırılır: şkaf-işkaf, stəkan-istəkan və s.
2)Yanaşı samitlərdən biri və ya hər ikisi cingiltilidirsə, birinci samitdən sonra ahəng qanunu əsasında sonrakı saitlə uyuşan bir sait artırılır: qram-qıram, qrip-qirip və s.
3)Sözün başında r samiti olduqda, sadə danışıqda və şivələrdə sözün əvvəlinə i saiti artırılır: rəhm-rəhim, rahat-irahat və s.
4)Söz sonunda yanaşı samitlə bitən sözlərin axırıncı samiti r olduqda: sədr-sədir, dövr-dövür və s.[1]
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |