Proto insan dili

Linqvistikada proto insan dili və ya birinci insan dili Yer üzündəki bütün dillərin əcdadı olan hipotetik proto-dildir. Dilin mənşəyinin unikal olması, bütün təbii dillərin (ehtimal ki, Orta Paleolitdə) bir mənbədən (monogenetik) formalaşdığı fərziyyəsinə əsaslanır. Bu konsepsiya hələ də mübahisəlidir və tarixi linqvistika tərəfindən təsdiqlənməmişdir.

Bu gün mövcud olan dillərin əcdadı olduğu iddia edilən bu dilin hipotetik Neandertal dilindən əvvəl olduğu iddia edilmir.

Bu konsepsiya üçün ümumi qəbul edilmiş termin yoxdur. Bu mövzunu öyrənən tədqiqatların əksəriyyəti haqqında danışdıqları dil üçün bir ad təklif etmirlər. Bəzən Proto-World (Proto dünya) və ya Proto-human (Proto insan) terminlərindən istifadə olunur. Merritt Ruhlen Proto-Sapiens terminindən istifadə etmişdir.

Dilin monogenetik mənşəyinə dair ilk ciddi və elmi tədqiqat Alfredo Trombettinin 1905-ci ildə nəşr olunan L'unità d'origine del linguaggio kitabı olmuşdur. Trombetti mümkün ümumi əcdadın yüz min ilə iki yüz min il əvvəl arasında danışıldığını təxmin edirdi.

Monogenezm insan növünün və dillərinin çox mənşəli (poligenezi) olması ideyasının populyar olduğu XIX əsrin sonu və XX əsrin əvvəllərində, bir çox linqvistiklər tərəfindən rədd edilmişdir.

Monogenizmin ən tanınmış müdafiəçilərindən biri XX əsrin ortalarında işləmiş amerikalı linqvistik Morris Swadeshdir. O, dillər arasında mövcud olan dərin əlaqələri öyrənmək üçün iki üsul təklif etmişdir: leksik statistika (İngilis: lexicostatistics) və qlottoxronologiya.

Onların ardınca gələn monogenezmin tanınmış tərəfdarlarından Merritt Ruhlen, Con Benqtson və Harold Fleminqi göstərmək olar.

cərgə Proto insan dili Azərbaycanca
1 **aja ana
2 **bu(n)ka diz; əymək
3 **bur kül, toz
4 **čun(g)a burun; iyi vermək
5 **kama tutmaq
6 **kano qol
7 **kati sümük
8 **kolo deşik
9 **kuan it, köpək
10 **ku(n) kim
11 **kuna qadın
12 **mako uşaq
13 **maliqa döş, əmmək
14 **mana əyləşmək
15 **mano insan, adam
16 **mena fikirləşmək
17 **mi(n)
18 **pal iki
19 **par uçmaq
20 **poko qol
21 **puti vulva
22 **teku qıç, ayaq
23 **tik barmaq; bir
24 **tika torpaq
25 **tsaku qıç, ayaq
26 **tsuma saç
27 **ʔaqwa su