Proton transferi

Protn transferi və ya protun hərəkəti proutnun (p və ya H+) bir molekuldan digərinə hərəkətidir. Enerji baryerindən protunun hərəkəti əhəmiyyətli effektdir. Bu proses hidrogen rabitəsinə malik olan bir çox kompleks birləşmələrdə baş verir (DNT, zülallar və s.). Propandial və ya malonaldehid molekuldaxili proton transferinin baş verdiyi molekula sadə bir nümunədir. Proton transferi həmçinin su, hidroxlorik turşusu və i. a. digər qeyri- üzvi və ya mineral birləşmələr arasında da baş verir. Suda pH - ın 7. 00 olması su molekulları arasında proton transferinə imkan verir.

H2O → H+ + OH-
H2O + H+ → H3O+

Bu iki reaksiyanı ümumiləşdirsək:

2H2O -[pt]→ H3O+ + OH-

proton transferi [pt] kimi işarə olunur.

Protun transferinin gedişi[redaktə | mənbəni redaktə et]

Əvvəlcə iki atom arasında protun delokallaşır və L (left, yəni sol) və R (right, yəni sağ) miniumları arasında delokallaşır və müəyyən Hz (Herz və ya san−1) tezlik ilə titrəyiş əmələ gəlir. Proton sıxlığının olma ehtimalının vahid zamandan asılılığı aşağıdakı kimidir:

Ψ2 (x,t) = ½ · [ΨL2 (x) + ΨR2 + (ΨL2 (x) - ΨR2) · cos (ω·t) ]

bu düsturda:

  • Ψ2 (x,t) - protunun hər hansı çuxurda olma ehtimalı;
  • ΨL2 (x) - protunun sol çuxurda lokallaşması;
  • ΨR2 (x) - protunun- sağ çuxurda lokallaşması;
  • ω- protunun dairəvi tezliyi;
  • t - protunun bir çuxurdan digərinə getməsi nüçün lazımi vaxtdır.