Prototiplərin sürətli hazırlanması

Prototiplərin sürətli hazırlanması (ingiliscə Rapid Prototyping) maketlərin, sınaq nümunələrinin və ya işlək modellərin konstruksiya verilənlərinin bazasında sürətli hazırlanma texnologiyasıdır. Bu prototiplər hazırlama prosesinin sonrakı mərhələsində dəqiqləşdirilir və beləliklə seriya istehsalım üçün yararlı hala gətirilirlər.

1987-ci ildə ilk dəfə olarag kompyüterden bir başa üçölçülü modellərin hazırlanması mümkün olmuşdur. Modellər istənilən həndəsi formaya malik ola bilirlər. Daxili boşlugları, arxa səthlərı və yuvaları problemsiz hazırlamag mümkün olmuşdur. İlk vaxtlarda bu üsulla hazırlanan modellərə sərf olunan vaxt adi üsulla, yəni mexaniki e`mal vasitəsi ilə hazırlananlardan bir neçə saat az idi. Bu modellər süni materialdan hazırlandığı üçün yalnız əyani nümayiş üçün və ya da dizayn modeli kimi istifadə edilirdi. Onların "funksional prototip" kimi istifadə edilməsi mexaniki və ya termiki yükləmə baxımından mümkün deyildi. Modellərin yeni üsulla hazırlanması qabaqlar tətbiq olunan xüsusu alətlərdən, formalardan və avadanlıqlardan imtina etməyə şərait yaratmışdır. Bu yeni üsulu ilk dəfə həyata keçirmək üçün hissənin üc ölçülü həndəsi forması haqqinda informasiyanı daşıyan bir kompüter proqramı və bu qrafiki informasiyanı qat şəklində addım və addım fotopolimerləşdirmə vasitəsilə qətrandan əyani cismə çevirən qurğu tətbiq edilmişdir. Bu üsul stereolitoqrafiya adlanir. Stereolitoqrafiya üsulu maşınqayırmada "Modellərin sürətli hazırlanması-Rapid Prototyping" adi altinda tam yeni bir emal istigamətinin yaranmasına gətirib çıxarmışdır. Stereolitoqrafiya üsulundan əlavə başqa üsullar da yaradılıb təkmilləşdirilmişdir. Müxtəlif materialların tətbiqi prototiplərin fiziki-mexaniki xassələrinin şəkildə yaxşılaşdıraraq onların son keyfiyyətə çatmasına imkan yaratmışdır. Metal tozların tətbiqi nəticəsində hazırlanan prototiplərin praktikada tətbiq şəraitində sınaqdan keçirilməsi mümkün olmuşdur.

Prototiplərin sürətli hazırlanmasının əsas üsulları bunlardır:

  • Rezo Əliyev. Bertram Hentşel.Sürətli hazırlama texnologiyasının mütərəqqi üsulları. Bakı, Elm, 2021
  • Andreas Gebhardt: Rapid Prototyping - Werkzeuge für die schnelle Produktentstehung. 2. Auflage. Hanser Verlag, München 2000, ISBN 3-446-21242-6.