Psixoz

Psixoz — düşüncə və duyğunun ağır formada pozulduğunu təyin edən psixiatriya terminidir Psixotik epizod keçirən xəstələr halüsinasiyalar görüb, batil (?) inanclara inanırlar. Onlarda şəxsiyyət dəyişiklikləri və düşüncə pozğunluğu da müşahidə edilir.

Psixoz adətən gənclərdə görülsə də, orta yaşlı insanlardan da yan keçmir. Psixiatrlara görə, gənclərdə daha sıx görülən psixoz ağır bir zehni xəstəliyin əlaməti ola bilər. "Psixoz" sözü ilk dəfə 1845-ci ildə Ernst Von Fektersleben tərəfindən dəlilik və maniya sözlərinə alternativ olaraq istifadə edilib. Psixoz sözünün yunan dilindən tərcüməsi "anormal" vəziyyət deməkdir. Ümumi psixiatriyada psixoz ağır ağıl xəstəliyinin simptomu olaraq qəbul edilsə də, özü bir diaqnoz sayılmır. Psixoz şizofreniya, bipolar pozuğluq və ağır kliniki depressiya ilə əlaqələndirilir.[1]

Epileptik psixozlar

[redaktə | mənbəni redaktə et]

Epilepsiya xəstəliyinin gedişində rast gəlinən psixoz əlamətləri kəskin və xronik formalarda meydana çıxa bilər. Kəskin psixoz halları həm düşüncənin pozulması ilə, həm də düşüncə pozuntusu olmadan cərəyan edir. Düşüncə, adətən, alaqaranlıq və ya oneyroid şəkildə pozulur. Nisbətən az hallarda təsadüf edən oneyroid sindrom fantastik məzmunlu görmə və eşitmə hallüsnasiyalan ilə təzahür edir. Xəstə özünü ya təmtəraqlı, musiqi və gözəlliklə zəngin bir şəraitdə, ya da cəhənnəmi xatırladan yad və iyrənc bir mühitdə, düşmənlərinin əhatəsində hiss edir. Göstərilən bu illüzor şəraitin hansının cərəyan etməsindən asılı olaraq xəstənin əhvaliruhiyyəsi və davranışı bu, yaxud başqa formada ola bilir. Ovqatı xoş, yarıyuxulu vəziyyətdə oynayıb-gülən bir xəstə söyləyirdi ki, o, hər tərəfi yaşıllığa bürünmüş kiçik bir gölün ətrafında şən bir məclisdədir. Orada musiqi çalınır, hamı rəqs edir. Çalğıçılar uzaq planetlərin sakinləridir, üzlərinə maska taxmışlar.

Kəskin affektiv psixoz əlamətləri bəzən Ucpressiv fonda, disforiya əlamətləri ilə, özünü təqsirləndirmə, özünü kiçiltmə sayıqlamaları ile cərəyan edə bilər. Kədərli, həyəcanlı hərəkətlərlə təzahür edən belə vəziyyət təhlükəli, aqressiv aktlarla da müşayiət olunur.

Xronik psixoz hallan ilə şərtlənən epilepsiyada paranoyal, parafren, hallüsinator-paranoid və katatonik əlamətlər qeyd olunur. Xəstələr nisbətən sakit görünür, məmnuniyyətlə suallara cavab verir və iztirablarını söyləyirlər.

Diferensial diaqnostika. Epilepsiya xəstəliyinin diaqnozu aşağıdakı klinik və paraklinik göstəricilərə əsaslanır:

  • Vaxtaşırı təkrar edən böyük və kiçik cəngolma tutmalarının və ya psixi ekvivalentlərin olması;
  • Epilepsiya tipli şəxsiyyətin dəyişikliklərinin və psixopatoloji əlamətlərin təzahür etməsi;
  • EEQ zamanı fəal cəngolma ocaqlarının aşkar edilmə Qeyd olunan başlıca əlamətlərlə yanaşı bir sıra başqa göstəricilər də aşkar etmək mümkündür. Məsələn, irsi meyilliyin olması, bədən quruluşuna və xasiyyətə aid patoplastik dəyişikliklər vo s.

Epilepsiyanı bir sıra üzvi xarakterli baş-beyin xəstəliklərindən və cəngolma tutmaları ilə gedən isteriya nevrozundan fərqləndirmək lazım gəlir. Beynin ocaqlı xəstəlikləri zamanı tonik cengelmaların müddəti ve xarakteri diqqətlə nəzərdən keçirilməli, parez və ifliclərə, afaziya əlamətlərinin olmasına fikir verilməlidir. Haram ilik mayesinin tədqiqi, EEQ və kompüter tomoqrafıyası üzvi xəstəliklərin olmasını aşkar etməkdə böyük əhəmiyyətə malikdir. Beynin travmatik xəstəlikləri zamanı epilepsi yayabənzər sindromların təzahür etməsi diaqnostikanı çətinləşdirə bilər. Epilepsiyadan fərqli olaraq burada, tədricən artan əlamətlər (proqredi- entlik) olmur, paroksizmal hallar polimorf xarakter daşıyır. Dəqiq anamnez diaqnozun düzgün təyinində əsas şərtlərdən hesab olunur.

İsteriya tutmasını epilepsiya tutmasından ayıran əsaslı fərqlərə baxmayaraq, bu tutmaların diferensial diaqnostikasında həkimlər ciddi çətinliklərlə qarşılaşırlar. Kifayət qədər təcrübəsi olmayan həkimlər bir çox hallarda səhv edə bilirlər

İsteriya tutması zamanı xəstələrlə kontakt yaratmaq, bəbəyin işığa reaksiyasım aşkar etmək mümkündür. Tutmalar, onun müddəti, nə vaxt baş verməsi və psixi travmalarla əlaqədar olub-olmaması ilə də fərqlənir. Elektroensefaloqrafik tədqiqat zamanı əyrilərin amplitudasının dəyişkənliyi, dizritmiya, ahəstə-süst teta dalğalarının, epilepsiya piklərinin (zirvəli dalğalar) olması və bir sıra digər spesifik göstəricilər tutmaların epilepsiya xarakterli olmasını təsdiq edir.

  1. "Qrip, yoxsa psixoz?". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Epileptik psixozlar [ölü keçid]