Ptolemeyin xəritəsi

Ptolemeyin xəritəsi

Ptolemeyin xəritəsi — qədim yunan alimi Klavdi Ptolemeyin “Coğrafiya” traktatına əlavə edilmiş dünya xəritəsi. Adı çəkilən traktat eramızın 150-ci ilində yazılmışdır. Xəritədə coğrafi koordinatları ilə birgə təxminən 8000 şəhər və yaşayış məntəqəsi göstərilir.

İlkin xəritələr itsə də[1], traktatın özü XIII-XIV əsrlərin sonunda aşkar edilmişdir. Coğrafi kəşflər dövründən əvvəl Ptolemeyin xəritəsi avropalılar üçün əsas coğrafi məlumat mənbəyi kimi xidmət etmişdir. Məhz onun təsvirlərinə əsaslanaraq, İntibah dövrünün kartoqrafları dünyanın itirilmiş xəritəsini yenidən qurmağı bacarmışdılar.

  1. Ллойд Арнольд Браун История географических карт, с. 8.