"Puşkaş Arena" — ( mac. Puskás Ferenc Stadion, mac. Puskás Aréna ) Macarıstanın Budapeşt şəhərində yerləşən futbol stadionu. Stadionun tutumu 67 215 nəfərdir[1][2][3][4].
Puşkaş Arena | |
---|---|
Puskás Aréna | |
Sahibi | Macarıstan Futbol Federasiyası |
Tamaşaçı tutumu | 65.000 |
Ev sahibi komanda | Macarıstan milli futbol komandası |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion Avro-2020nin keçirildiyi 11 stadiondan biridir.
Stadion 2016-cı ildə sökulən, Budapeştin köhnə stadionun yerində inşa edilmişdir.[5][6][7]
Stadionun inşasına 2017-ci ildə başlamış və 2019-cu ildə başa çatmışdır.[8]
Stadionun aşılışı, 15 noyabr 2019-cu il tarixində baş tutmuşdur. Açılış oyununda Macarıstan millisi Uruqvay millisi ilə qarşılaşıb.[9]
2011-ci ildə stadionun hazırlanmasının ilk planı zamanı, tikilmə xərcləri 35 milyard forint qiymətləndirilir, ancaq 2014-cü ildə təkrar hesabalnma zamanı xərclər 90–100 milyard forint təşkil edir.[10]
1 Avqust 2014-cü ildə stadionun tikilməsi planın son versiyası təqdim edilir.[11][12]
19 sentyabr 2014-cü il tarixində Budapeşt Avro-2020-nin qrup mərhələsi oyunlarından üçunə və turnirin 8/1 final mərhələsində bir oyuna ev sahibliyi etmək üçün seçilir.[13][14][15] Macarıstan Futbol Federasiyası oyunlar üçun yeni tikiləcək "Puşkaş Arena" stadionunu təqdim edir.