Pul daxılı — dəmir və ya kağız pulların saxlanılması üçün xüsusi qab.
Orta əsrlərdə İngiltərədə "pygg" sözü ev avadanlığı hazırlanan gil növü mənasını verirdi. Belə gildən hazırlanmış küplərdə insanlar tez-tez pulunu, zinət əşyalarını və s. saxlayırdılar. Belə küpplər "pygg jar" adlanırdı. Zamanla bu termin "pig bank" söz birləşməsinə çevrildi. Pul daxılı üçün istifadə olunan əşyaların donuz formasında düzəldilməsinin səbəbi də məhz bu termindir..