Pul multiplikatoru

Pul multiplikatoru dedikdə, bank sisteminin əlavə pul yaratmaq qabiliyyəti nəzərdə tutulur. Pul ilkin mərhələdə Mərkəzi Bank tərəfindən emissiya yolu ilə yaradılır. Sonradan banklar onu daha da artırırlar. Bu proses qeyri-nağd pulu təşkil edən depozitlər hesabına baş verir. Başqa sözlə, pul kütləsinə yalnız nağd pul deyil, həm də depozitlər daxildir. Pulun artırılması və ya multiplikasiyası prosesində 3 tərəf iştirak edir: kommersiya bankları, depozitorlar və kreditorlar. Kommersiya bankları depzitlər cəlb edirlər. Sonra onlar cəlb etdikləri depozitləri kredit olaraq digər iqtisadi subyektlərə verirlər. Krediti götürən iqtisadi subyektlər onu mal və xidmətlərin alınmasına yönəldirlər. Mal və xidməti satan müəssisələr əldə etdiyi vəsaiti banklara depozit kimi yerləşdirirlər. Sonra bu depozitlər yenidən kredit kimi verilir. Zəncirvari davam edən bu prosesdə Mərkəzi Bankın yaratdığı pul bir neçə dəfə artmış olur.[1]

  Bu göstərici vasitəsilə əhalinin alıcılıq qabiliyyəti, real sektorun, biznesin və sahibkarlığın vəziyyəti, bank sektorunun dayanıqlığını analiz etmək mümkündür. Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması onun alıcılıq qabiliyyətinə birbaşa təsir etdiyinə görə dövlət daim qarşısına bunu prioritet olaraq qoyur. Sahibkarlığın isə özəl formasının inkişaf etdirilməsi, məhz, bu səbəbdən daha effektiv addım hesab olunur. Əgər sahibkar qismində dövlət çıxış edərsə, pulu bir cibindən digər cibinə qoymuş olur və bu, sonda pulun cəmiyyət içində dövretməsini azaldır.[2]

İstinadlar:[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.
  2. "Arxivlənmiş surət". 2016-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.