Pyer İmbert Derevet

Pyer İmbert Derevet (22 iyun 1697[1][2][…], Paris[3][4]27 aprel 1739[1][2][…], Paris[4]) — Cavan Pyer adı ilə də tanınan rəssam.

Pyer İmbert Derevet
Doğum tarixi 22 iyun 1697(1697-06-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 aprel 1739(1739-04-27)[1][2][…] (41 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam-qravürçü[d]
Janr portret
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Pyer İmbert Derevet 22 iyun 1967-ci ildə Parisdə anadan olub. Atası Drevet ona bu sənəti öyrətmişdi və o 13 yaşında olarkən oyma işi ilə məşğul olurdu. Əvvəllər o Şarlz Lebrunun tərzini davam etdirirdi, lakin qısa müddət sonra o öz tərzini yaratdı və inkişaf etdirdi. O, atasının dəyişilməz ortağı oldu.

1723-cü ildə Pyer İmbert Riqaudun ardınca Bossetin portretini tamamladı. 1724-cü ildə Kardinal Dubanın portretini həkk etmişdi. 1730-cu ildə Adrienna Lükovrerin lövhəsini hazırlayıb. Samuel Bernard üçün hazırladığı qravüraya Riqaud rəsm çəkmişdi. Onun portretləri ilə yanaşı Pyer İmbert Derevet bir çox dini və tarixi lövhələr hazırlamışdı. 1726-cı ildə günvurma qeyri-müntəzəm zehni geriliklə nəticələndi və bu, onun ölümüdək 13 il davam etdi. O, ömrünün sonunadək qədər oymaları saxladı. Derevet Rəssamlıq və Heykəltəraşlıq Akademiyasının üzvü idi və kral ona Luvrda mənzillər vermişdi. Fransis Çereu, Jak Çerau və Simon Valli onun tələbələri arasındadır.

Onun ən mühüm əsərləri bunlardır: Bakirənin nümayişi (Lu Brunun ardınca), Məbəddə nümayiş (L. Boullognenin ardınca); Kambrenin Arxiyepiskopunun portretləri (Cozef Vivyenin ardınca); və sonuncu işi René Pucelle (Riqaudun ardınca).

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Pierre Imbert Drevet (nid.).
  3. 1 2 Union List of Artist Names (ing.). 2013.
  4. 1 2 3 4 Pierre Imbert Drevet (бук.). // Store norske leksikon 2022. ISSN 2464-1480