Pyotr Teluşkin

Pyotr Teluşkin (rus. Пётр Телушкин; ö. 1833) — dam ustası, 1830-cu ildə Sankt-Peterburqdakı Müqəddəs Pyotr və Pavel Kafedralının 122,4 metr hündürlüyündə olan qülləsindəki küləkdən zərər görmüş mələk fiqurunu tikinti konstruksiyaları olmadan bərpa etmişdir.

Pyotr Teluşkin
Doğum tarixi 24 avqust 1803(1803-08-24)
Doğum yeri
Vəfat tarixi 1833
Vəfat yeri
Fəaliyyəti sənətkar[d]

Göstərdiyi şücaətə görə imperator I Nikolaya təqdim olunmuş və imperator tərəfindən ona pul mükafatı və "Çalışqanlığa görə" gümüş medalı təqdim edilmişdir. Rəvayətə görə, ona həmçinin Peterburqun bütün yeməkxanalarında ömürboyu pulsuz araq içmək hüququ verən fərman verilmişdir. Lakin o bu fərmanı itirdiyi üçün onu tanısınlar deyə, boynuna çar ailəsinə aid bir döymə vurulmuşdu. Yeməkxanaya daxil olduğu zaman barmağı ilə o işarəni göstərməsi bəs edirdi və guya məhz bu jest içki içməyə dəvət məqsədilə ruslar tərəfindən indiyədək istifadə edilir[1].

  1. Промышленному альпинизму 300 лет Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine. Клуб Альпинистов Санкт-Петербург  (rus.)