Qüdrət Nuriyev

Qüdrət Nüsrət oğlu Nuriyev (d.26 mart 1982, Bakı) — Azərbaycan Alpaqut Federasiyasının prezidenti. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının idarə heyətinin üzvü,[1] Dünya Alpaqut Federasiyasının idarə heyətinin üzvü.[2]

Qüdrət Nuriyev
Qüdrət Nuriyev
Doğum tarixi (41 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası İqtisadiyyatın hüquqi tənzimlənməsi
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti Biznes, İdman, Media və İctimai fəaliyyət

Həyatı[redaktə | mənbəni redaktə et]

Qüdrət Nuriyev 1982-ci il mart ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhər 164 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsinə daxil olmuş, 2003-cü ildə Hüquqi Tənzimlənməsi ixtisası üzrə ali təhsilini bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə Magistr dərəcəsi almışdır.[1]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2004–2011-ci illərdə "Kapitalbank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır.
2011-ci ildə isə "Le Tour" MMC-ni təsis etmişdir və hazırda həmin şirkətin və eyni zamanda "Azerbaijan Holidays" Beynəlxalq şirkətin rəhbəri olmuşdur.
2017-ci ildə Azərbaycan Alpaqut Federasiyası (AAF) İdarə Heyətinin qərari ilə AAF-nin birinci vitse prezidenti təyin edilib.
2018-ci il 7 aprel tarixində AAF-nin keçirilmiş qurultayında isə Federasiyanın prezidenti seçilib.[1]
2019-cu il 15 fevral tarixində "BAKU NEWS" MMC informasiya agentliyini təsis etmişdir.
2020-ci ildə 119 saylı Ağdam kənd Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür.[3][4]
2022-ci il 30 avqust Dünya Alpaqut Federasiyasının idarə heyətinin üzvü seçilmişdir.[2][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Federasiyanın prezidenti" (az.)). salamnews.org. 11 dekabr 2019. 2018-10-29 tarixində orijinalından arxivləşdirilib.
  2. 1 2 "Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı". bizim.media. 23 sentyabr 2022 tarixində arxivləşdirilib.
  3. "Qüdrət Nuriyev deputatlığa rəsmi namizəd kimi qeydiyyata alındı". baku.news. 29 sentyabr 2022 tarixində arxivləşdirilib.
  4. "Ağdam kənd Seçki Dairəsi". moderator.az. 29 sentyabr 2022 tarixində arxivləşdirilib.
  5. "Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirilib". azertag.az. 2023-07-07 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]