Qışı quru keçən mülayim-isti iqlim — Böyük Qafqazın cənub yamaclarının alçaqdağlıq və ortadağlıq zonalarında 400 - 1000 m hündürlüklərdə, (Qanıx -Əyriçay vadisində 200 - 500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında dəniz səviyyəsindən 400 - 1500 m hündürlükdə yayılmışdır. O, az və mülayim rütubətlənmə (illik yağıntının miqdarı mümkün buxarlanmanın 50-100% - ni təşkil edir), yumşaq, az yağıntılı qış və mülayim - isti yayı ilə fərqlənir. 10º- dən yuxarı temperatur cəmi əsasən 3000º- dən 4000º- yə qədər olur. Dənli bitkilərin becərilməsi, bağçılıq, üzümçülük, həmçinin ortadağlıq zonada kurortların və istirahət zonalarının yaradılması üçün əlverişlidir.[1]