Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qıjovçu balığı (lat. Alburuoides eichwaldi) — Sümüklü balıqlar sinifinin nümayəndəsi
Qıjovçu balığı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qıjovçu balığı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qıjovçu (lat. Alburuoides bipunctatus eichwaldi) — cinsi Çəkiyəbənzərlər fəsiləsinin nümayəndəsidir. Bel üzgəcində 6-9, anal üzgəcində 10-16 şüa, yan xəttində 43-56 pulcuq var. Bədəni uzonsovdur, başı kiçikdir, ağzı başın ucundadır. Udlaq dişləri iki cərgəlidir. Ucları azacıq əyilib.Uzunluğu adi qıjovçunun uzunluğu qədərdir (13 sm-ə qədər).
Azərbaycanda ümumi səciyyəsinə görə cinsə identik olan Alburuoides bipunctatus eichüaldi Filippi yarımnövü yaşayır.[1] Kür hövzəsində subalp zonasına qədər rast gəlinir. Samur, Viləş, Qumbaşi, Lənkəran çaylarında və dağ göllərində qeydə alınır. Dərbəndən cənuba Dağıstan su hövzələrində, Şərqi Gürcüstanın, Şimali İranın çay və göllərində, Türkmənistanın kiçik çaylarında, Mürqabda, Amu-Dəryanın yuxarı və orta axarında, Zərəfşən çayının aşağılarına qədər qeydə alınır.
Qıjovçu şirinsu balığıdır, çayın sürətli axan, dibi çınqıllı, daşlı və suyun qıjovlu yerlərində yaşayır. Qıjovçu - bentik orqanizmlərlərin sürfələri, çaylarda eləcə də diatom yosunları ilə qidalanan balıqdır.
Həyatının ikinci ilində cinsi yetkinliyə çatırlar. Uzunluq və kütləsinə uyöun olaraq, respublikanın şimal-şərqində olan fərdlər daha məhsuldadır (3 min kürüyə qədər). Məsələn, Köndələnçayda bu göstərici 2 minə, Soyuqbulaqda 1,5 minə bərabərdir. Kürü tökmə uzunmüddətlidir. Dağ və aran çaylarının temperatur rejimindən asılı olaraq apreldən avqustun sonuna qədər çəkir.
Qıjovçu balığının təsərrüfat əhəmiyyəti yoxdur.