Qılıncvarı gəvən

Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Qılıncvarı gəvən
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus xiphidium

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz dağlarında yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10-14 mm uzunluqda, 1-2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır. Bir sıra növ müxtəlifliyini müşahidə etmək olar:

  1. var. gjunaicus Rzazade – yarpaq və çiçəkaltlıqları ağ tüklüdür. Kiçik Qafqaz dağlarının cənubunda bitir.
  2. var. ejlarougiensis Rzazade – yarpaqaltlıqları qaramtıl tüklüdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşağında daşlı yamaclarda, açıq quru sahələrdə daha çox rast gəlinir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz dağlarının orta dağ qurşağında, Gəncə yaxınlığında kiçik areallarda rast gəlinir. Azərbaycanın nadir bitkisidir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tərkibində qətran vardır. Yaşıllaşdırmaya tətbiq olunmur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Флора Азербайджана. т.6.1954;
  • Флора Кавказа. т.5.1954;
  • Azəraycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008;


İstinadlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov