Qılıncvari gəvən

Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Qılıncvari gəvən
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus xiphidium

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz dağlarında yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır. Bir sıra növ müxtəlifliyini müşahidə etmək olar:

  • Astragalus xiphidium var. gjunaicus Rzazade – yarpaq və çiçəkaltlıqları ağ tüklüdür. Kiçik Qafqaz dağlarının cənubunda bitir.
  • Astragalus xiphidium var. ejlarougiensis Rzazade – yarpaqaltlıqları qaramtıl tüklüdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşağında daşlı yamaclarda, açıq quru sahələrdə daha çox rast gəlinir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz dağlarının orta dağ qurşağında, Gəncə yaxınlığında kiçik areallarda rast gəlinir. Azərbaycanın nadir bitkisidir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tərkibində qatran vardır. Yaşıllaşdırmaya tətbiq olunmur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]