Qıla iyəsi

Qıla iyəsi - Altay xalq inancında heyvanlar ruhu. Gul (Kölö, Kiğil, Kığıl, Kölük, Kölik) iyəsi olaraq da bilinir. Heyvanların qoruyucu ruhdur. Hər heyvan üçün fərqli bir iye vardır. Kimi yerlərdə bu ruh eyni zamanda bir şamana aiddir. Vəhşi bir heyvan görünüşündədir. Şamanın sağlamlığını qoruyur. Bu ruhların gerçək görüntülərini şamanların özləri belə görə bilməzlər. Bu ruhlar dağlarda gizlənirlər və yerlərini kimsə tapa bilməz. Bu ruhun başına nə gəlirsə şamanın başına da eynisi gəlir. O yaralansa şaman da yaralanır. Kimi əfsanələrə görə şamanı doğuran bu heyvandır. Ulu bir şam ağacının budaqlarında, kürtə yatan iye heyvanın qoruduğu yumurtadan çıxar şaman. Bəzi heyvanların ruhu bəzi boylar üçün çox əhəmiyyətlidir. Çünki o heyvanın nəslindən geldiklerine inanarlar. Məsələn; at, qarğa, qırğı, qu, qartal, durna, dovşan, dəvə, qoyun vs. Məsələn Qu'lar qu quşu soylu olduqlarına inanırlar. Bu qövmlərin şamanları özlərini bu heyvanlara bənzətsək şəkildə geyinərlər. Hər şaman müəyyən bir heyvanın donuna bürünəbilir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Gul/Qul/Kıl/Gıl) kökündən törəmişdir. Heyvan deməkdir. Türkcədə Kölik, monqolcada Gölög/Gülüg/Güligi heyvan mənasını verən sözlərdir. "Qullanmaq" (istifadə etmək) və qul sözləriylə əlaqəlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]