Qılkörpü (Qabaxlı körpüsü)

Qılkörpü (Qabaxlı körpüsü)Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor — indiki Ermənistanda) rayonu ərazisində, Canı çayının üstündə inşa edilmiş körpüdür.

XIII–XIV yüzillərdə inşa olunduğu ehtimal edilən və Canı çayının sağ və sol sahillərində qalıqları qalan körpü Qabaxlı ilə Hüseynqulular kəndini və Yazılı qayanın üstündə yerləşən Nəbilər kəndi arasında olan köhnə yolu birləşdirirdi. Təməli çayın səthindən 6–7 m yüksəklikdə, sıldırım qayanın üzərində qoyulan birtağlı körpünün uzunluğu 10 m, eni 3,5 m olmuşdur.[1]

  1. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 142. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]