Qılquyruq ördək (lat. Melanitta fusca), (Anseriformes) dəstəsindən bir quş növü.
Qılquyruq ördək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qılquyruq ördək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
Areal | ||||||||||
|
İri dəniz ördəyidir.Erkəklərdə bədəninin ümumi rəngi qaradır, gözünün üstündə və qanadın üzərində ağ ləkə vardır. Dişilərinin rəngi tünd qəhvəyidir.
Skandinaviyadan (Norveç və İsveç) Finlandiyaya və Estoniyaya qədər, eləcə də qərbi Sibirdən Yenisey çayına qədər yuvalayır. Qərbi Avropanın sahil zonalarında qışlayır, əsasən Baltik dənizdə. Azərbaycanda nadir qeydə alınan qışlayan və köçəri növdür. Ədəbiyyat məlumatlarına əsasən Abşeron sahillərində, adalarda, Qızılağac körfəzində və Ağgöl ərazisində müşahidə olunmuşdur.
Sahilə yaxın dəniz sularında, sirin sulu göllər və çaylarda yuvalayır. Yuvasına sahilə yaxın torpağın üzərində, ot və kolların arasında qurur. Bəzən qağayı koloniyalarının arasında da yuvalayır. Adətən 7-9 yumurta qoyur. Qidasının əsasən molyusklar və kiçik balıqlar təşkil edir. Kifayət qədər yaxşı dalğıcdır.
Dünya populyasiyası 250,000 fərd olaraq qiymətləndirlir. Avropada sayı 85-100 min cüt arasında qiymətləndirilir. Azərbaycanda təsadüfən qeydə alınır. 60-cı illərdə tək-tək fərdlər Böyük Qızılağac körfəzində və Ağgöldə qeyd edilmişdir.Ümumiyyətlə bütün Dünyada sayı azalmaqdadır.
Azərbaycanda bu növ üçün əsas təhlükələrə qanunsuz ov, neft çirklənməsi və digər növ çirklənmələr aiddir.
Qorunması üçün qəbul edilmiş tədbirlər: Qızılağac Dövlət Təbiət Qoruğuvə Ağgöl Milli Parklarında qorunur. Avropa Mühafizə statusuna malikdir Declining)ş Ramsarç Bernç Bonn konvensiyalarina və AEÜA razilşmasında daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər: Su biotoplarının çirklənmələrinin qarşısının alınması və növün qorunmasının geniş təbliği vacibdir.