Qıraq bağlayıcı

Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.