Qırmızı Qazax malı

Qırmızı Qazax malı[1]Azərbaycanda yetişdirilən xalq seleksiyasının məhsulu olan iribuynuzlu heyvan cinsi. Rəngi qızılı qırmızı, bəzən də tünd qırmızıdır. Möhkəm bədən quruluşuna sahib, mütənasib gövdə quruluşuna, normal yelin formasına malikdir. Çətin iqlim şəraitinə dözümlülüyü və normal bala verməsi ilə fərqlənir. Laktasiya ərzində inəklərin süd məhsuldarlığı 1900-2000 kq, südünün yağlılığı isə 3,7 3,9 % olur. İnəklərdə diri çəki 380-400 kq, buğalarda isə 450-500 kq olur. Cavan malın təmiz ət ümumi bədən kütləsindən 50 faizdən yüksək olur. Qırmızı Qazax malı çox az miqdarda Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarının fermer təsərrüfatlarında qalmışdır.

Qırmızı Qazax malı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qırmızı Qazax malı" (az.)). 2016-02-08. Archived from the original on 2021-05-13. İstifadə tarixi: 16-07-2017.