Qırmızı felipeya

Elmi adı - Diphelipaea coccinea (Bieb) Nicolson (Phelipaea coccinea (Bieb.) Poir.) 

Qırmızı difelipeya
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi orta hissədə 3-6 mm dimetrində, birçiçəkli çiçk saplaqlıdır (bəzən 2 çiçəkli). Kasacığın dilimləri lansetvari, siviridir. Tacı (1,8)2, 5-4, 5(5) sm uzunluqda, parlaq qırmızı rəngli, əsnəkdə 2 məxməri –qara büküklüdür. Tozculqarı çılpaq və ya azacıq tüklüdür.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may-iyul, meyvəvermə iyun –avqust aylarına təsadüf edir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı və ovulmuş yamaclarda rast gəlinir.[3]

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Xəzərsahili ovalıq, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Lənkəranın dağlıq hissəsidir.[4][5]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpasının mənfi təsirlərindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.[6]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər ( otarılma, tapdalanma), iqlim amillərinə həssaslıq və yayıldığı meşələrin qırılması. Xüsusi yaşayış mühitinə tələbkar növdür.[1]

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitoinqlərin aparılması tələb olunur.

  1. 1 2 http://redbook.az/?options=project&id=Q%C4%B1rm%C4%B1z%C4%B1%20difelipeya[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 Флора Азербайджан, 1957
  4. Əsgərov A.M., 2006
  5. MəmmədovQ., Yusifov E., Xəlilov M., Kərimov V., 2012
  6.  Tərtibçinin məlumatı