Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
=== Echium rubrum Jacq. = E. russicum ===
Hündürlüyü (12) 20-70 sm olan, gövdəsi tək, düzduran, sadə, qabarıq cod-tüklü ikiillik ot bitkisidir.
Yarpaqları çoxsaylıdır, neştərvari, ensiz-neştərvari, xətvari formayadək dəyişir, sivri və ya sivriləşmişdir. Kökətrafı və gövdənin aşağı yarpaqları qaidə hissəsinə doğru tədricən dartılandır, sonrakılar oturaq, yarımgövdə həcmini artırandır, hər iki tərəfdən cod-tüklüdür.
Çiçək qrupu sıxçiçəkli, ensiz süpürgəvari, demək olar ki, sünbülşəkillidir. Tac tünd-qırmızı və ya çaxır-qırmızısı rəngdədir, uzunluğu 12-15 mm-dir, borucuğaoxşar qıfşəkillidir, xaricdən az tüklüdür, nazikdir.
Fındıqcalar 2,5 mm uzunluqda, üçtilliyumurtaşəkilli, sivri, az qabarıq və qara rəngdədirlər.
May-Avqust
İyul-Sentyabr
BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Nax. dağ. - aşağı və orta dağ qurşaqlarında (2000 m-ə qədər). Yaşayış mühiti: Otlu yamaclarda, meşələrdə, talalarda, meşə kənarında, qayalarda üzərindəki kolluqlarda və dağ çəmənlərində rast gəlinir.[1]