Qırmızı gil — dünya okeanının 4500-6900 m dərinliklərində toplanan qalınlığı 1000 m-ə çatan pelagial monolit çöküntülərdir və hidroksilləri çöküntülərə qırmızıdan qəhvəyiyədək rəng verir. Tərkibində terrigen çöküntülərədn başqa Fe, Mn, V, Su, Ni, So və radioaktiv elementlər vardır. Mn-ın miqdarı 0,78%-ə çatır. Qırmızı gil layında aysberq çöküntülərinə, kosmik toza, 30-40 sm dərinlikdə isə milyon illər bundan əvvəl yaşamış köpək balıqlarının dişlərinə rast gəlinir. Qırmızı gilin çökmə (toplanma) sürəti olduqca zərifdir-1-7 mm/1000 ildir. Qırmızı gil çöküntüləri Dünya okenaı dibinin 36%-ni örtmüşdür. Qırmızı gil çöküntüləri səthində marqans-dəmir konkresiyaları min kvadrat kilometrlə sahə tutur.[1]