Qırmızı lil — batial zonanın üzvi maddə qalıqları ilə zənginləşmiş terrigen alevrit-pelit materiallarından ibarət çöküntülərə deyilir. Qırmızı lilllər əsasən Atlantik okeanında Amazon çayının mənsəbi, Sakit okeanında isə Yan-Teze-Kyanq çayının mənsəbi qarşısında yayılmışlar. Dünya okeanı dibinin cüzi sahəsini (0,1%-dən az) tutur. Qırmızı lil həmin çayların gətirdiyi laterit torpaqların hesabına əmələ gəlir. Qırmızı rəng qırmızı lildə dəmir oksidinin olması ilə izah olunur. Tərkibinin təxminən 70%-ni gil hissəcikləri təşkil edir. Dəniz orqanizmlərinin qalıqları ilə zəngindir.[1]