Qırmızı tozbaş sәhlәb

Cephalanthera rubra (lat. Cephalanthera rubra) və ya Qırmızı tozbaş səhləbsəhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü.

{{{latin}}}
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Cephalanthera rubra Rich.

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ-ın bütün rayonlarında orta dağ qurşağınadək yayılmışdır. Meşə və kolluqlarda, meşənin açıq (tala) yerlərində bitir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]