Bu məqalə qaralama halındadır. |
Qırmızıqaşlılar üsyanı (çin. 赤眉; pinyin: Chìméi) eramızın 1-ci əsrdə Çində baş vermiş kəndli üsyanı. Lülinlə birlikdə Vanq Mangın qısa ömürlü Xan sülaləsinə qarşı iki böyük kəndli üsyanından biri idi. Adını üsyançıların qaşlarını qırmızıya boyamalarından almışdır.[1]
Qırmızıqaşlılar üsyanı | |
---|---|
11-ci ildə Xuanxe çayı qarçısına çıxan şəhər və qəsəbələri məhv edib tarlaları basaraq məcrasını dəyişdi. Ölkədə hökm sürən xaos çoxsaylı kəndli üsyanlarına gətirib çıxardı. Eramızın 17-ci ilində Şandunda Fan Çunun başçılığı altında güclü üsyan baş qaldırdı. Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar, bu səbəbdən də onları qırmızıqaşlılar adlandırırdılar. 23-cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt Çanyanı ələ keçirdi. Van Man özünə qəsd etdi.
Qırmızıqaşlılar bir ildən artıq hakimiyyəti əllərində saxladılar. Bundan sonra xanlı Lyu Syu zadəganların və məmurların bir hissəsini ətrafında birləşdirib qiyamçıları sarsıdıcı məğlubiyyətə uğratmağa nail oldu. Fan Çun paytaxtdan ölkənin şərqinə qaçmağa məcbur oldu. 25-ci ildə Lyu Syu Xan imperatoru elan olundu. Bu, Sonrakı (Şərqi) Xan (25–220-ci illər) sülaləsi hakimiyyətinin başlanğıcı hesab olunur.
Şərqi Xan sülaləsi hakimiyyətinin ilk illərində qiyamçı dəstələrin qalıqları ilə mübarizə davam edirdi, bundan sonra nisbətən sakitlik və çiçəklənmə dövrü gəlir. Lyu Syu minlərlə qulu azadlığa buraxdı. Torpaq bölgüsünün bərabərləşdirici sistemi ləğv edildi. Hökumət vergiləri azaltdı və ticarətdə məhdudiyyətləri aradan qaldırdı.