Qıvrım qayalar

Qıvrım qayalar — relyefdə bir sıra hamarlanmış asimmetrik çıxıntılar və çökəkliklər əmələ gətirən kiçik qoç kəllələri qruplarına deyilir. Sahil dayazlığında və göllərdə olan qıvrım qayalar saysız-hesabsız xırda, çılpaq adaları-şxerləri əmələ gətirirlər. Qıvrım qayalar landşaftı Kola yarımadasında, Finlandiyada, şxerlər isə Finlandiyanın cənub sahil boyu, xüsusilə Aland arxipelaqı sahəsində geniş yayılmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov,S.B.Məmmədov,Y.Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.