Qızılı donbalankök (lat. Bongardia chrysogonum) — çoxillik bitki.
Çoxillik, hündürlüyü 10-35 sm, gövdəsi budaqlı, yarpaqsız olan, kökyumrulu bitkidir. Kök yumruları kürəvari, diametri 3,5 sm, torpaqda dərin yerləşir. Yarpaqları yalnız kökyanı, oturaq, lələkvari, əsasından pazvaridir, bir qayda olaraq qarşılıqlıdır. Ləçəkləri təxminən 10 mm uzunluqda, tərsyumurtavari, parlaq sarı rəngdədir. Meyvəsi ellipsvari və ya uzunsov, hər iki tərəfdən daralan qutucuqdur.[1]
BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustan, Abşeronın rayonlarında arandan aşağı dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, əkin sahələrində, yataq torpaqlarda bitir.[2]