Qızılırəng şibyəyeyən

Qızılırəng şibyəyeyən (lat. Eilema sororcula) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Qızılırəng şibyəyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Qızılırəng şibyəyeyən
Beynəlxalq elmi adı

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-12 mm-dir. Ön qanadları qızılı-sarı, arxa qanadları açıq-sarıdır. Başı və döşü ön qanadlarla eyni rəngdə olub, qarıncığı boz-sarı, onun qurtaracağı isə sarı rəngdədir.

Tırtılı qaradır. Beli üzərində iki sarı xətt, qırmızı nöqtələr, ağ ləkələr və qonuru-boz tüklər vardır.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Əsasən dağətəyi və dağlıq meşələrdə, bəzən düzən ərazilərdə rast gəlinir. Ehtimal ki, ildə iki nəsil verir. Ədəbiyyat məlumatına görə tırtılları ağaclar üzərində olan şibyələrlə qidalanır. Tırtıl barama içərisində puplaşır və bu mərhələdə qışlayır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Lerikdə, İsmayıllıda, Lənkəranda (Azfilal), Zaqatalada və Oğuzdan yayılmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.