Qızıl Qışlaq yaşayış yeri

Qızıl Qışlaq yaşayış yeriŞahbuz rayonunun Qızıl Qışlaq kəndi yaxınlığında, Küküçayın sağ sahilində orta əsrlərə aid yaşayış yeri.[1]

Qızıl Qışlaq yaşayış yeri
Ölkə  Azərbaycan
Rayon Şahbuz rayonu
Yerləşir Qızıl Qışlaq
Aidiyyatı Orta əsrlər
Tikilmə tarixi XIII-XV əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qızıl Qışlaq yaşayış yeri (Azərbaycan)
Qızıl Qışlaq yaşayış yeri

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1986-cı ildə qeydə alınmışdır. Sahəsi 525 kvadrat metrdir. Cənub-qərb tərəfdən quru çay vadisi ilə məhdudlaşır. Yaşayış yerinin bir hissəsi yol çəkilərkən dağıdılmış, tikinti qalıqları aşkar olunmuşdur. Divar qalığının uzunluğu 3 metr, eni 1 metrdir. Yerüstü materiallar əsasən, çəhrayı rəngli gil məmulatından, həmçinin şirli qab qırıqlarından ibarətdir. Yaxınlığında üzüməzən daşlara təsadüf edilmişdir. Tapıntılara əsasən, yaşayış yerinin eramızın ilk əsrlərindən XIII–XV əsrlərədək mövcud olduğu ehtimal edilir.

  1. Naxçıvan ensiklopediyası. II cilddə. I cild. Naxçıvan.2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]