Qızıl qoç

Qızıl qoç — Rusiya kinomükafatı, 1992-ci ildən 2006-cı ilə qədər hər il bir neçə nominasiya üzrə aparıcı Rusiya kinematoqrafçıları tərəfindən təqdim edilən mükafat. 1991-ci ildə "Kinotavr" kinofestivalının mükafatlarından biri kimi təsis edilmiş,[1] 1992-ci ilin dekabrından "Qızıl qoç" mükafatı adını almışdır. "Niko" mükafatı ilə birlikdə hər il müstəqil olaraq jurnalist sorğusu əsasında,[2] Amerika kino mükafatı "Qızıl qlobus"a bənzər olaraq ən yaxşı kinomatoqraflara (Rusiya üzrə) təqdim edilir. 1998-ci ildə mükafat milli status almış və Rusiya Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyası tərəfindən təqdim edilməyə başlanmışdır.[3] 2006-cı ildən "Ağ fil" mükafatı kimi təqdim edilir.[4]

Qızıl qoç
Ölkə Rusiya Rusiya
Kimə verilir Ən yaxşı kinomatoqraflara
Təltif edir Rusiya Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyası
Statistika
Təsis tarixi 1991
Ləğv tarixi 2006

1991-ci ildə "Kinotavr" kinofestivalının mükafatlarından biri kimi təsis edilmişdir. 1992-ci il, 7 dekabr tarixində keçirilən mətbuat konfransında Mark Rudinşteyn elan etmişdir ki, "Qızıl qoç" mükafatı müstəqil mükafatdır və hər il, bayram axşamı jurnalist sorğusu əsasında seçilən ilin ən yaxşı 7 kinomatoqrafına təqdim ediləcəkdir.

Müstəqil mükafat kimi (kinofestival xaricində) mükafat Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının o zamanki prezidenti Miron Çernenko tərəfindən 1998-ci ildə təsis edilmişdi. İlk mükafatlandırma isə 1999-cu ilin yanvarında keçirilib. Mükafatın sponsoru da Mark Rudinşteyn oldu. O, "Qızıl Qoç" mükfatının təqdim edilməsini təklif etmişdi.

2005-ci ildə Mark Rudinşteyn mükafatın maliyyələşdirilməsini dayandırandan sonra, Mükafat üzrə təşkilati komitə Gildiyanın növbəti prezidenti Viktor Matizenin rəhbərliyi ilə "Ağ Fil" mükafatını təsis etmişdir. "Ağ Fil" mükafatı bugünə qədər təqdim edilməkdədir. 2005-2007-ci illərdə mükafatın sponsoru prodüser İqor Tolstunov və Aleksandr Rodnyanskinin rəhbərliyi altında "Kinotavr" festivalı oldu. Sonralar mükafata RF-nın Mədəniyyət nazirliyi, RF Kinomatoqrafçıları İttifaqı, Kinoİttifaq və Georgi Lesnovun "Gözəlliyin sirri" kosmetik kompaniyası maddi dəstək vermişdir.

1992-ci ildən 2006-cı ilə qədər "Qızıl Qoç" mükafatı ən nüfuzlu Rusiya kinomükafatlarından biri hesab edilirdi. Mükafatlandırma mərasiminin keçirilməsinə Mark Rudinşteynin rəhbərliyi altında "Kinotavr" kompaniyası tərəfindən prodüser dəstəyi göstərilmişdir.[4][5]

Müxtəlif illərdə mükafata layiq görülənlər

[redaktə | mənbəni redaktə et]
  • İlin ən yaxşı filmi — «Rəqqasın vaxtı» (rejissor Vadim Abdraşitov)
  • Ən yaxşı rejissor işi — Roman Balayan («İlk məhəbbət»)
  • İlin ən yaxşı rejissoru — Aleksandr Sokurov
  • Ən yaxşı prodüser — Boris Giller («Qafqaz əsiri»)
  • İlin ən yaxşı aktyoru — Kaxi Kavsadze, Vladimir İlin və Valdimir Qostyuxin
  • İlin ən yaxşı aktrisası — Polina Kutepova
  • "Kineskop" kinosu haqqında ən yaxşı televiziya proqramına görə — Pyotr Şepotinnik
  • «Kinomatoqrafiya əsrinin adamı» — Aleksandr Zquridi
  • İlin ən yaxşı filmi — «Rəqqasın vaxtı» (rejissor Vadim Abdraşitov)
  • Ən yaxşı prodüser — İqor Tolstunov («Oğru»)
  • Ən yaxşı ssenari — Aleksandr Mindadze («Rəqqasın vaxtı»)
  • Ən yaxşı kişi rolu — Vladimir Maşkov («Oğru»)
  • Ən yaxşı qadın rolu — Yekaterina Rednikova («Oğru»)
  • Ən yaxşı uşaq rolu — Mixail Filipçuk («Oğru»)
  • «Ümid» mükafatı — Andrey Yeqorov, Vera Voronkova («Rəqqasın vaxtı»)
  • Ən yaxşı operator işi — İqor Klebanov («Mıtar» (Vergi yığan)
  • İlin ən yaxşı aktyoru — Sergey Bodrov-kiçik («Qardaş»)
  • Kino sənətinə töhfəsinə görə — Oleq Yefremov
  • "Abzas" kinosu haqqında televiziya proqramına görə — Boris Berman
  • "Sakit ev" kinosu haqqında televiziya proqramına görə — Sergey Şoloxov
  • «Kinomatoqrafiya ilinin adamı» — Aleksandr Abdulov
  • İlin ən yaxşı debüt filmi — «Okraina» (rejissor Pyotr Lutsik)
  • İlin ən yaxşı filmi — «Karlar ölkəsi» (rejissor Valeri Todorovski, prodüser Sergey Livnev)
  • Ən yaxşı rejissor işi — Vyaçeslav Kriştofoviç («Mərhumun dostu»)
  • Ən yaxşı ssenari — Marina Mareyeva («Totalitar roman»)
  • Ən yaxşı kişi rolu — Sergey Makovetski («Əcaiblər və insanlara dair»)
  • İkinci planda ən yaxşı rol — Maksim Suxanov («Karlar ölkəsi»)
  • Ən yaxşı operator işi — Sergey Astaxov («Əcaiblər və insanlara dair»)
  • Ən yaxşı rəssam-səhnə rejissoru işi — Vera Zelinskaya («Əcaiblər və insanlara dair»)
  • Qran-pri — Aleksey Balabanov («Əcaiblər və insanlara dair»)
  • İlin ən yaxşı aktrisası — Dina Korzun («Karlar ölkəsi»)
  • İlin ən yaxşı debüt filmi — "8 yarım dollar" (rejissor Qriqori Konstantinopolski)
  • İlin ən yaxşı filmi — «Molox» (rejissor Aleksandr Sokurov, prodüser Viktor Serqeyev)
  • Ən yaxşı bədii film — «Xrustalyov, maşına!» (rejissor Aleksandr German, prodüserlər Armen Medvedyev, Aleksandr Qolutva)
  • Ən yaxşı rejissor işi — Aleksandr German («Xrustalyov, maşına!»)
  • Ən yaxşı ssenari — Yuri Arabov («Molox»)
  • Ən yaxşı kişi rolu — Mixail Ulyanov («Voroşilov atıcısı»)
  • Ən yaxşı qadın rolu — Yelena Rufanova («Molox»)
  • İkinci planda ən yaxşı rol — Vladimir İlin («Sibirli bərbər»)
  • Ən yaxşı operator işi — Aleksandr Rodionov («Molox»)
  • Ən yaxşı film musiqisi — Aleksey Şelıqin («Almazlı səma»)
  • Ən yaxşı rəssam-səhnə rejissoru işi — Vladimir Svetozarov, Georgi Kropaçyov, Mixail Gerasimov («Xrustalyov, maşına!»)
  • Xüsusi mükafat — "Kinotavr" qrupunun Qəyyum şurasının diplomu — Yuri Tsurilo («Xrustalyov, maşına!»)
  • İlin ən yaxşı aktrisası — Polina Kutyopova
  • Ən yaxşı film — «Ay ata» (rejissor Bəxtiyar Babacanoviç Xudoynazarov)
  • Ən yaxşı rejissor debütü — Aleksandr Atanesyan («24 saat»)
  • Ən yaxşı prodüserlər — Aleksandr Litvinov, Vladimir Menşov («Tanrıların qısqanclığı»)
  • Ən yaxşı ssenari — İvan Oxlobıstin, Roman Kaçanov («DMB»)
  • Ən yaxşı kişi rolu — Maksim Suxanov («Qadınları incitmək məsləhət görülmür»)
  • Ən yaxşı qadın rolu — Zinaida Şarko («Луной был полон сад»)
  • İkinci planda ən yaxşı kişi rolu — Andrey Panin («Toy»)
  • İkinci planda ən yaxşı qadın rolu — Natalya Yeqorova («Rus qiyamı»)
  • Ən yaxşı operator işi — Sergey Yurizditski («Rus qiyamı»), Aleksandr İlxovski («Moskva»)
  • Ən yaxşı film musiqisi — Leonid Desyatnikov («Moskva»)
  • Ən yaxşı rəssam-səhnə rejissoru işi —Aleksandr Boym, Vladimir Qudilin, Anatoli Panfilov («Romanovlar. Taxt-tac ailəsi»)
  • Rus prokatında ən yaxşı xarici film — «Günahda həqiqət» (rejissor Otar İoseliani)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Золотой овен (кинопремия) Arxivləşdirilib 2018-03-30 at the Wayback Machine. rudata.ru.
  2. Лучшим фильмом на церемонии вручения премии «Золотой овен» признана «9 рота» Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine.
  3. В Москве состоится церемония вручения национальной кинопремии «Золотой Овен» Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine.
  4. 1 2 Премия «Белый слон» Arxivləşdirilib 2020-06-01 at the Wayback Machine. Сайт Гильдии киноведов и кинокритиков России.
  5. Российские кинокритики объявили лучшим фильмом года картину «Свои» Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine. NEWSru.com (11 декабря 2004).