Qızılgül dərəsi (rum. Valea Trandafirilor ) ― qədim Slavyan ziyarətgahının qalıqlarını da ehtiva edən şəhər parkı. Park Moldovanın Kişinyov şəhərində yerləşir.[1]
6-cı əsrdən 13-cü əsrə qədər Moldova ərazisində Slavyan qəbilələri olan Uliç, Tivertsi və Daçilər məskunlaşmışdır. Bu dövrdə üç gölün olduğu bir dərədə Slavyan qəbilə tanrılarına və ölmüş əcdadlarına həsr olunmuş ziyarətgah mövcud idi. Bura Rus xalqının mifik əcdadı olan Rossun şərəfinə "Ross dərəsi" adlanırdı. Ərazidə bir sıra Slavyan tanrılarının və əcdadlarının havadarlarının bütləri və qurbangahları yerləşirdi. Paqanizm bayramlarında dərədə və göllərdə xalq şənlikləri təşkil olunurdu.
9-cu əsrdə Peçeneqlər və Kumanlar bu torpaqları işğal etməsindən sonra Slavyan xalqının dini həyatında Ross dərəsinin rolu azaldı. X–XI əsrlərdə Slavyan tayfaları arasında xristianlığın yayılmasından sonra ziyarətgah dağıldıldı. Lakin ərazinin adı yerli sakinlər arasında qorunub saxlanıldı və zamanla "Qızılgül dərəsi"nə çevrildi.
1950-ci illərdə Qızılgül dərəsində qızılgül plantasiyaları salındı.
1960-cı illərin sonunda park daha da inkişaf etdi, yeni zolaqlar salındı, beton bəndlər tikildi, göllər lildən təmizləndi.
İndi parkın mərkəzi hissəsi doqquz hektar ərazini əhatə edən bir neçə göl ilə bəzədilib. Ərazidə təxminən 50 növ ağac və kol yetişir. Parkda həmçinin1000 tamaşaçı tutumu olan bir səhnə, şeytan çarxı olan kiçik bir əyləncə parkı və Doina (dağıdılıb), Cetatea Veche ("Köhnə qala") və Curtea Vînătorească ("Ovçular məhkəməsi") restoranları mövcuddur. Bir neçə daş bütün qalıqları 1970-ci illərdə dekorativ heykəl şəklində qorunub saxlanılmışdır. İndi Cetatea Veche restoranının bir hissəsi olan, göllərdən birinin sahilində yerləşənə qədim tikintinin təməlinə aparan pilləkənlər də qorunub saxlanılmışdır.