Qızılvəng məbədi — Naxçıvanda erkən orta əsrlər dövrünə aid xristian alban məbədi. Arazın sahilində Naxçıvan şəhərindən 18 km məsafədə, qədim qəbristanın ərazisindədir. Məbəd yaxşı yonulmuş qırmızı daşdan və çiy kərpicdən tikilib. Salamat qalmış əsas kilsə binası daxilində dini məzmunlu 18 şəkil vardır. Bunlardan 8-i böyük dördkünc sütunlar üzərində, 10-u isə gümbəzdədir. Məbədin hazırda izləri qalmışdır. I Şah İsmayıl 1505-ci ildə Qızılvəng monastırı haqqında fərman vermişdir.[1]
Qızılvəng monastırı | |
---|---|
39°05′06″ şm. e. 45°24′11″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Babək |
Yerləşir | Təzəkənd |
Tikilmə tarixi | erkən orta əsrlər |
İstinad nöm. | 49 |
Kateqoriya | Yaşayış yeri, Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|